Medihis.com xoş gəlmişsiniz.
Hər hansı bir xidmətimizdən istifadə etməklə bu qayda və şərtlərin səhifəmizdə müəyyənləşdirildiyi kimi tətbiq olunacağına razılıq verirsiniz. Bu səbəbdən, aşağıdakı şərtləri oxuyub anlamağınız çox vacibdir.Əgər Sizin razılaşmadığınız bir şərt də olsa, zəhmət olmasa, bizim xidmətlərdən istifadə etməyin.
Medihis.comsaytda istədiyi kimi mövcud qayda və şərtlərə dəyişiklik etmək hüququnu özündə saxlayır. Həmin qayda və şərtləri gözdən keçirmək, edilən dəyişikliklərlə razılaşmadıqları halda üzvlüklərini ləğv etmək müştərinin şəxsi məsuliyyətindədir. Əgər Siz Medihis.comsaytından istifadəni davam edirsinizsə, bu o deməkdir ki, Siz bütün qayda, dəyişikliklər, şərtlər, bildiriş və yurisdiksiya ilə razısınız.
1. MƏLUMATIN İSTİFADƏSİ / AÇIQLANMASI ÜÇÜN SƏLAHİYYƏT
Mən, özüm və ya agent vasitəsilə hər bir məlumatı, sənədləri, şəkilləri, laboratoriya nəticələrini, testləri və hər bir digər tibbi sənədləri Medihis.com könüllü yükləmişəm və mənim istəyimlə,bu səlahiyyətin müddəti ərzində MEDICOPİN MMC-yə, agentinə,əməkdaşına və tibbi mütəxəssisinə mənim səhiyyə məlumatımdan istifadə və ya açıqlama səlahiyyətinin verirəm.
2. TİBBİ RƏY XİDMƏTİNDƏN İMTİNA (MEDICOPIN)
TƏCİLİ TİBBİ HAL EHTİMALI ZAMANI DƏRHAL İLKİN HƏKİMİNİZLƏ ƏLAQƏ SAXLAYIN VƏ YA ƏN YAXIN TƏCİLİ TİBBİ YARDIMA MÜRACİƏT EDİN.
Medihis.comtərəfindən göstərilən tibbi xidmətlər şəxsi həkim konsultasiyası ilə müqayisədə fərqlidir. Siz anlayırsız ki, Medihis.commütəxəssisləri fiziki müayinəyə əsaslanaraq rəy verə bilmir.
Müayinə sırf sizin onlara verdiyiniz məlumat və test nəticələri əsasında aparılır. Beləliklə, tibbi mütəxəssislərin fiziki müayinə zamanı nəzərə aldıqları bəzi vacib amillər sırf sizin təqdim etdiyiniz məlumat və test nəticələri əsasında vəziyyətinizin dəyəndirilməsi zamanı nəzərə alınmaya bilər. Buna baxmayaraq, Medicopin.com-un elit həkim/tibbi mütəxəssis heyəti diaqnozdakı çatışmamazlıqların riskini minimuma endirmək, lazım olan bütün məlumatları əldə etmək, və xəstə ilə əlaqədə olmaq, tibbi testlərlə bağlı yuxarıda qeyd olunan riskləri aradan qaldırmaq üçün əllərindən gələni əsirgəmiyəcəklər.
BU SƏBƏBDƏN MEDIHIS.COMONLAYN XİDMƏTLƏRİ SİZİN HƏKİMİNİZLƏ ŞƏXSİ KONSULTASİYA İLƏ ALTERNATİV DEYİL. BELƏLİKLƏ, SİZ MEDIHIS.COMXİDMƏTLƏRİNDƏN İSTİFADƏ ETMƏK SEÇİMİNİ ETDİKDƏ, MƏHDUDİYYƏTLƏRİ VƏ RİSKLƏRİ QƏBUL ETMİŞ OLURSUNUZ. MEDİCOPİN KONSULTASİYASI İLƏ SİZ YALNIZ İKİNCİ RƏYDƏN İSTİFADƏ ETMİŞ OLURSUNUZ.
ALDIĞINIZ TİBBİ RƏY MƏHDUD OLACAQ VƏ XƏSTƏLƏRİMİZİN BİZƏ TƏQDİM ETDİKLƏRİ MƏLUMATLARA VƏ DƏLİL/NƏTİCƏLƏRƏ ƏSASLANACAQ.
MƏSAFƏLİ ONLAYN XİDMƏTLƏR SİZİN HƏKİMİNİZLƏ ÜZBƏÜZ KONSULTASİYA İLƏ ALTERNATİV DEYİL.
MEDIHIS.COMHƏKİMLƏRİ XƏSTƏLƏRİN FİZİKİ MÜAYİNƏSİ ZAMANI ƏLDƏ ETDİKLƏRİ BƏZİ ƏHƏMİYYƏTLİ MƏLUMATLAR İLƏ TANIŞ OLMURLAR.
HƏKİMLƏRİN SİZİ FİZİKİ MÜAYİNƏ ETMƏK İMKANIN OLMAMASI FAKTI ONLARIN RƏY VERMƏ BACARIQLARINA MƏNFİ TƏSİR GÖSTƏRƏ BİLƏR.
MEDIHIS.COMİSTİFADƏ ETMƏKLƏ SİZ YUXARIDAKI FİKİRLƏRİ İZLƏDİYİNİZİ VƏ YARANAN RİSKLƏRİ QƏBUL ETDİYİNİZİ BƏYAN EDİRSİNİZ. SİZ HƏMÇİNİN QƏBUL EDİRSİNİZ Kİ, MEDİCOPİN HEÇ BİR RƏY VƏ YA DİAQNOZ BARƏSİNDƏ TƏSƏVVÜR VƏ YA ZƏMANƏT VERMİR.
MEDIHIS.COM FORMALARINDA SİZİN TƏRƏFİNİZDƏN DOLDURULAN TİBBİ MƏLUMATLARIN DÜZGÜNLÜYÜ, TİBBİ MÜTƏXƏSSİSƏ ÖTÜRÜLƏN BÜTÜN TİBBİ MƏLUMATLARLA YANAŞI SİZİN MƏSULİYYƏTİNİZDƏDİR. BİZİM HƏKİMLƏRİN ƏN MÜKƏMMƏL TİBBİ RƏY TƏQDİM ETMƏSİ ÜÇÜN TİBBİ MƏLUMATLARIN VAXTI-VAXTINDA YENİLƏNMƏSİ ŞƏRTDİR.
MEDİCOPİN.COM-UN TİBBİ RƏY XİDMƏTİ (MEDİCOPİN) YALNIZ SƏNƏDLƏR, ŞƏKİLLƏR VƏ TİBBİ TARİXƏ ƏSASLANAN TİBB MÜTƏXƏSSİSİ TƏRƏFİNDƏN VERİLƏN İKİNCİ RƏYDİR. MÜVAFİQ OLARAQ, SİZƏ SIRF BUNLARA ƏSASLANAN İKİNCİ RƏYİ ANLAMAĞA KÖMƏKLİK ÜÇÜN, TƏKLİF EDƏRDİK Kİ, MƏSLƏHƏT GÖRÜLƏN HƏR HANSI BİR MÜALİCƏNİ BAŞLAMAZDAN ƏVVƏL ÖZ ƏSAS VƏ YA YERLİ HƏKİMİNİZLƏ BÖLÜŞƏSİNİZ.
3. ELEKTRON TİBBİ ARXİV (MEDIHIS) XİDMƏTİ
SIZ, DÜZGÜN SƏNƏDLƏRIN VƏ HƏR HANSI VƏ HƏR BIR TEST NƏTICƏLƏRININ ÖZ TIBBI ARXIVINIZƏ VAXTI-VAXTINDA YÜKLƏNMƏSI VƏ YENILƏNMƏSINƏ GÖRƏ MƏSULIYYƏT DAŞIYIRSINIZ.
TIBBI ARXIVƏ YÜKLƏNMIŞ SƏNƏDLƏR VƏ TEST NƏTICƏLƏRI ƏSASINDA ALINMIŞ HƏR BIR VƏ BÜTÜN MƏLUMATLAR MEDICOPIN VƏ MEDICOPIN. COM ADINDAN TIBBI RƏY VERMIR.
BÜTÜN DÜZGÜN MƏLUMATLARIN, LABORATOR TEST NƏTİCƏLƏRİNİN, ŞƏKİL VƏ NÖMRƏLƏRİN TİBBİ ARXİVİNİZƏ DAXİL EDİLMƏSİNƏ GÖRƏ SİZ MƏSULİYYƏT DAŞIYIRSINIZ.
SİZ ANLAYIRSINIZ Kİ, LABORATORİYALARIN RƏYLƏRİ QİYMƏTLƏNDİRMƏSİ FƏRQLİ OLA BİLƏR. BİZİM TİBBİ SİSTEM ƏSAS KİMİ APARICI TİBBİ MÜƏSSİSƏLƏRİN RƏY QİYMƏTLƏNDIRILMƏSİNİ İSTİFADƏ EDİR VƏ BUNA GÖRƏ DƏ FƏRQLƏNƏ BİLƏR.
DİAQRAMLAR, CƏDVƏLLƏR VƏ MƏZMUNLU LİNKLƏR TİBBİ MƏSLƏHƏTLƏ TƏMİN ETMİR. MEDICOPIN-İN ONLAYN TİBBİ ARXİV (MEDIHIS) XİDMƏTİ SİZİN HƏKİMİNİZLƏ ÜZBƏÜZ KONSULTASİYA İLƏ ALTERNATİV DEYİL.
YÜKLƏNMİŞ FAYLLARIN SƏMƏRƏLİ TƏŞKİLİ SİZİN MƏSULİYYƏTİNİZDİR
ÜÇÜNCÜ TƏRƏFƏ SİZİN ADINIZDAN TİBBİ ARXİVİNİZİ YARATMAQ, YÜKLƏMƏK VƏ SƏNƏDLƏRİ YENİLƏMƏK SƏLAHİYYƏTİNİ VERMƏK HAQQINIZ VAR. SİZ, BU SƏLAHİYYƏTİ HƏR ZAMAN LƏĞV ETMƏK İQTİDARINDASINIZ.
MEDICOPIN .COM TƏRƏFİNDƏN TƏQDİM OLUNAN TİBBİ ARXİV (MEDIHIS) XİDMƏTİ TƏMAMİLƏ AYRI VƏ MÜSTƏQİL XİDMƏTDİR. ƏGƏR SİZ MEDICOPIN XİDMƏTİNDƏN (TİBBİ RƏY) İSTİFADƏ ETMƏK, MEDİHİS ARXİVİNİZDƏN BAXILMASI ÜÇÜN SEÇDİYİNİZ SƏNƏDLƏR ƏSASINDA İKİNCİ HƏKİM RƏYİ İSTƏYİRSİNİZSƏ, SİZDƏN TİBBİ RƏY (MEDİCOPİN) XİDMƏTİ İLƏ BAĞLI HAQQIN ÖDƏNİLMƏSİ TƏLƏB OLUNUR.
TİBBİ ARXİVƏ YÜKLƏNMİŞ BÜTÜN SƏNƏD VƏ FAYLLAR ÖZƏL VƏ MƏXFİDİR.
SİZ ANLAYIRSINIZ Kİ, HƏR HANSI BIR SƏNƏDIN VƏ NƏTICƏLƏRIN TIBBI ARXIVDƏN MEDICOPIN IŞINƏ MÜƏYYƏNLƏŞDIRMƏK SIZIN MƏSULIYYƏTINIZDƏDIR.
SİZ ANLAYIRSINIZ Kİ, HƏKIMLƏR YALNIZ MEDICOPIN IŞINƏ MÜƏYYƏNLƏŞDIRILMIŞ SƏNƏDLƏRI GÖRƏ VƏ QIYMƏTLƏNDIRƏ BILIRLƏR.
MEDIHIS.COMBÜTÜN TİBBİ ARXİV MƏLUMATLARINI YALNIZ MƏHDUD DÖVR ƏRZINDƏ TIBBI ARXIVDƏ SAXLAYACAQ. BÜTÜN SƏNƏDLƏR VƏ MƏLUMATLAR DAIMI YENILƏNMƏ ƏSASINDA YADDAŞDA SAXLANILACAQ. MEDIHIS YENILƏNMƏDIYI HALDA ARXIVDƏKI BÜTÜN SƏNƏD VƏ MƏLUMATLAR UZVLÜYÜNÜZÜN BITMƏSINDƏN ÜÇ AY SONRA MÜDDƏTINƏ KIMI SAXLANILACAQ. SƏNƏDLƏR VƏ MƏLUMATLAR UZVLÜYÜNÜZÜN BITMƏSINDƏN ÜÇ AY SONRA MÖVCUD VƏ YENILƏNMƏ ÜÇÜN YARARLI OLMAYACAQ.
YALNIZ HƏKIMLƏR VƏ MEDICOPIN NÜMAYƏNDƏLƏRI TIBBI ARXIVINIZDƏKI BÜTÜN SƏNƏD VƏ MƏLUMATLARLA TƏMIN EDILƏ BILƏR.
MEDICOPIN İLƏ ƏLAQƏSİ OLMAYAN HEÇ BİR ŞƏXSİ, TƏRƏFİ, MÜƏSSİSƏNİ TİBBİ ARXİVİNİZDƏKİ HƏR HANSI BİR SƏNƏD VƏ MƏLUMATLARLA MEDICOPIN TƏMİN EDƏ BİLMƏZ.
MEDICOPIN İLƏ ƏLAQƏSİ OLMAYAN HEÇ BİR ÜÇÜNCÜ TƏRƏFİ TİBBİ ARXİVİNİZDƏKİ HƏR HANSI BİR SƏNƏDİN SURƏTİ VƏ TARİXİ İLƏ MEDİCOPİN TƏMİN EDƏ BİLMƏZ.
4. QADAĞALAR
Hər hansı qanunsuz, icazəsiz, saxta və ya qərəzli məqsədlə MEDIHIS.COM(i) -dan istənilən istifadə və ya istifadəyə cəhd, ya da ki, (ii) istənilən servirə və ya servirə qoşulan şəbəkəyə zərbə vura bilən, poza, həddən artıq yükləyə, və ya (iii) digər tərəflərin Veb-səhifədən istifadəsinə və zövq almasına mane olan, ya da ki, (iv) hər hansı digər hesablara icazəsiz daxilolma, kompüter sistemlərinə və istənilən servirə qoşulmuş şəbəkələrə hakerliklə, şifrəni çeşidləmə və istənilən digər yolla daxilolma, və ya (v) sistemlərə daxil olmaqla Medihis.comtərəfindən nəzərdə tutulmayan dəlil və məlumatları istifadəçi üçün əlçatan etmək, ya da ki, (vi) Medihis.comtərəfindən bilərəkdən əlçatan edən hər hansı bir yolla istənilən material və ya məlumatı əldə etmək cəhdi, və ya (vii) nəzərdə tutulan biznes məqsədindən fərqli məqsədlərdə istifadə etmək qadağandır.
Əlavə olaraq, Siz aşağıdakıları etməmək üçün Medihis.com istifadə etməyə razı olursunuz:
a) qeyri-qanuni, təhqiramiz, hədə qorxu, zərərli, qanunsuz, böhtan xarakterli, sui-istifadə, pozucu, vulqar, ədəbsiz, digərinin məxfiliyinə müdaxilə edən, nifrət oyadan, irqi və ya etnik cəhətdən təhqiramiz və ya mübahisəli hər hansı məzmunu (“Material”) ötürmək, yükləmək, yerləşdirmək, elektron ünvanla göndərmək, saxlamaq və ya mümkün etmək
b) kimsə və ya istənilən orqan kimi özünü qələmə vermək, özünüzü başqası kimi, orqan, digər Xidmət iştirakçısı, Medihis.comişçisi, mülki və ya hökumət rəhbəri kimi təmsil etmək və ya doğru olmayan şəxs yaxud orqanla əlaqə nümayiş etdirmək;
c) hər hansı müəllif hüquqları pozuntusu və ya digər əqli mülkiyyət pozuntusu ilə məşğul olmaq, və ya məxfiliyin, məşğulluq və ya açıqlamama müqaviləsini pozmaqla hər hansı ticarət sirri və ya məxfi məlumatları aşkarlamaq;
d) Xidmətin (və ya hər hansı bir hissəsinin) və ya hər hansı digər kompüter proqram və aparat təminatının normal funksiyasına zərər vurmaq, müdaxilə etmək və ya məhdudlaşdırmaq üçün nəzərdə tutulan fayl və proqramlar, virus və ya digər hər hansı kompüter kodunu ehtiva edən hər hansı materialı ötürmək, poçtla və elektron poçtla göndərmək, saxlamaq və ya başqa şəkildə mövcudluğunu qorumaq;
e) Ünsiyyət imkanlarına yüklədiyiniz istənilən müəllif atribusiyaların, hüquqi bildirişlər və ya özəl işarətlərin və yarlıqların pozulması;
f)Digər istifadəçilərin resuslarla təmin edilməsinə maneçilik törədə biləcək üsullarla Medihis.comünsiyyət imkanlarından istifadə etmək (məsələn, həddən-artıq səs-küy, bütün böyük hərflərdən istifadə etmək və ya təkrarlanan mətnlərdən aramsız istifadə etməklə);
g) kommersiya reklamı və informativ elanlar daxil olmaqla, lakin bununla məhdudlaşdırmadan hər hansı arzuolunmaz və ya icazəsiz elektron poçtu mesajları, reklam, məlumatlandırma materialları, spam və ya zəncir məktublarını poçtla göndərmək, ötürmək və ya mövcud saxlamaq
h) İstənilən fəaliyyətdə olan yerli, dövlət, milli və ya beynəlxalq hüquq normalarını pozmaq;
i) Patent, əmtəə, xidmət mark, kommersiya sirri, müəllif hüquqları və ya hər hansı tərəfin digər müəlliflik hüquqlarını pozan istənilən materialın yüklənməsi və ya ötürülməsi;
j) Digər şəxs və müəssisə tərəfindən qoyulan materialı pozmaq və ya dəyişmək;
k) Yuxarıda göstərilmiş Məhdud Lisenziya və Şəbəkə Keçidinə əsasən Medihis.com manipulasiya və ya əks halda Medihis.comçərçivələmə, əks etdirmə və ya oxşar naviqasiya texnologiyalarla göstərilməsi və ya Medihis.com əsas ana səhifəsindən başqa istənilən hissəsinin birbaşa linklənməsi;
l) Bu səhifənin və ya əlaqəli şəbəkə və sistemlərin təhqiqi, skanlanması, həssasliğın sınanması və ya autentifikasiya tədbirlər pozulması;
(m) Medihis.coməks tərəfdən xüsusi icazə olmadan istənilən tərəfin hər hansı xidmətə və ya müsabiqəyə qeydiyyatı, qeydiyyat cəhdi, abunə etmək, abunə etmək cəhdi, abunəçilikdən çıxarmaq, abunəçilikdən çıxarmaq cəhdi, aksiya və ya totalizasiyası;
(n) Digər istifadəçilərə poçt ünvaları da daxil olmaqla şəxsi məlumatları toplamaq və saxlamaq; və ya
(o) Şifrə, axtarış robotu, hörümçək, tor və ya digər avtomatlaşdırılmış və ya əl vasitə ilə Medihis.comdaxil olmaq və ya istənilən məzmun və ya informasiyanın surətini əldə etmək. Medihis.comsözügedən bu faktiki və ya şübhəli bilinən pozuntulara cavab olaraq müvafiq qanuni hərəkətlər etmək, o cümlədən, istifadəçilərin çıxışının/və ya hesabının məhdudiyyətsiz dayandırılması və ya xitam verilməsi hüququnu özündə saxlayır. Medihis.comhər hansı şübhəli bilinən, ehtimal olunan cinayət və ya mülki xətaların araşdırılmasında hüquqi hakimiyyətlə, və/və ya üçüncü tərəflərlə əməkdaşlıq edə bilər.
İstisna kimi xüsusi Məxfilik Siyasəti üzrə məhdudlaşdırıla bilən, Medihis.comqeyri qanuni, normativ huquq və davranışlara cavab verməyən, dəbsiz təqdim olunmuş hər hansı material və ya məlumatı təmamilə və ya hissə-hissə istənilən zaman ləğv və ya redaktə etmək hüququnu özündə saxlayır.
(p) Medicopin.Com-un hər hansı bir istifadəçisi haqqında istənilən məlumatlardan qeyri-qanuni məqsədlərdə istifadə etməklə yanaşı,şəxsiyyət oğurluğu
MEDIHIS.COMYUXARIDA GÖSTƏRİLƏN İSTƏNİLƏN QADAĞALARDAN YARARLANAN ÜZVLÜYÜ LƏĞV ETMƏK VƏ İSTİFADƏ OLUNAN QADAĞALARA GÖRƏ HƏR BİR KƏSƏ QARŞI HÜQUQİ TƏDBİRLƏR APARMAQ HÜQUQUNU ÖZÜNDƏ SAXLAYIR.
MEDIHIS.COM HƏR HANSI DIGƏR TƏRƏFIN VƏ YA ÜÇÜNCÜ TƏRƏFİN İSTİFADƏ ETDİKLƏRİ QADAĞALARA GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.
5. TƏHLÜKƏSİZLİK
Medihis.commüvafiq İnzibati, Fiziki və Texniki mühafizə olunan tibbi məlumatların (EH) məxfilik, bütövlük və təhlükəsizliyinin təmin olunmasına zəmanət istəyən HİPAA Təhlükəsizlik Qaydalarına əməl edir.
Medihis.comHİPAA Təhlükəsiz Yerinə Yetirmək serverindən təhlükəsizlik sahəsinin lideri olan, geniş əhatəli SSAE 16 Sertifikatlaşdırılmış data mərkəzi, ən qabaqcıl şifrləmə sistemləri ilə təmin etmək üçün istifadə edir.
Medihis.combütün informasiya və proqram təminatı sistemlərinin yenidən qurulması, yeniləşdirilməsi və modernləşdirilməsi hüququnu özündə saxlayır. Xatırlatmaq istərdik ki, hakerlər və ya zərərli proqramlardan 100% təhlükəsizliyi təmin edə biləcək, bizə təqdim etdiyiniz məxfi tibbi məlumatların sui-istifadəsinə və ya paylaşmasına liderlik edəcək sistem hələ də yoxdur.
Medihis.comistifadəsi zamanı bizim bazamızda olan sizin şəxsi məlumatlarınızın icazəsiz paylaşılması, haker hücumu istənilən səhv və ya səhvlər haqqında agahsız və Medicopin.Com-dan istifadəni seçdikdə bu riskləri qəbul edirsiniz.
Sizin icazəniz və xəbəriniz olmadan Medihis.comsizin tibbi məlumatlarınızla üçüncü tərəflərlə bölüşmür.
Siz anlayırsınız ki, bəzi müstəsna hallarda Medicopin.com-dan məhkəmə çağırışlarına və qəraralarına əsaslanaraq qanuni şəkildə məlumatla bölüşmək tələb oluna bilər.
Başa düşürsünüz ki, Medihis.comsizə təsir edə biləcək hər hansı bir təhlükəsizlik sistemlərinin pozulmasına görə heç bir məsuliyyət daşımır.
Medihis.comməlumatların itməsinə görə heç bir məsuliyyət daşımır.
6. MƏXVİLİK BƏYANATI
Siz başa düşürsünüz ki, Sizin yazılı razılığınız olmadan heç bir məlumat üçüncü tərəflə paylaşılmayacaq.
Medihis.com xidmətlərin təkmilləşdirilməsi məqsədilə sayt trafikinə, sayta daxil olan İP ünvanlarına, davranış və səhivəyə sərf olunan vaxta nəzarət edir.müəyyən şəxslərin güdülməməsi üçün sayt bu təfərrüatları izləmir
Medihis.com məlumatın məxfiliyini saxlamaq üçün Sizdən xüsusi istifadəçi adı və şifrə tələb edir.Sizi şifrənizi gizli saxlamağa çağırırıq, məlumatınızın gizli qalması sizin məsuliyyətinizdir.. Siz Hesabınızın və Hesabınız vasitəsilə baş verən bütün fəaliyyətinizin məxfiliyi və təhlükəsizliyinin saxlanmasına görə tək məsuliyyət daşıyırsınız və Hesabınızın təhlükəsizliyinin hər hansı pozuntusu barədə
Medihis.com dərhal məlumatlandırmağa razı olursunuz. Medicopin.com, sizin və ya sizin xəbəriniz olmadan hesabınızın icazəsiz istifadəsi nəticəsində yaranan hər hansı itkiyə görə məsuliyyət daşımır. Lakin siz, hesabınızdan və şifrənizdən başqasının istifadəsi zamanı Medihis.comvə ya digər tərəflərə dəyən ziyana görə məsuliyyətə cəlb edilə bilərsiniz. Hesabın sahibinin icazəsi olmadan özgənin hesabından istifadə etməyə heç bir zaman icazə verilmir.
7. MÜƏLLIFLIK HÜQUQU VƏ QEYDƏ ALINMIŞ TICARƏT NIŞANLARI
Xidmətlə əlaqədar istifadə olunan Medicopin.com, Medihis.comloqosu, digər Medihis.comticarət nişanları, xidmət nişanları, qrafik təsvirləri və loqoları ABŞ və/və ya digər ölkələrdə Medihis.comun ticarət nişanları və ya qeydiyyatdan keçmiş ticarət nişanlarıdır. Yuxarıda adı çəkilən ticarət nişanlarının hər hansı biri və belə nişanlardan hər hansı istifadə ilə əlaqədar Sizə heç bir hüquq və ya lisenziya verilmir
8. SAYTA GİRİŞ VƏ LİSENZİYA
Medihis.combununla sizə, istifadə qaydaları və şərtlərinə riayət etmək, yükləməmək (səhifə keşindən başqa), bütöv və ya istənilən hissəsini modifikasi etməmək şərtilə Medihis.comşəxsi istifadəniz üçün məhdud lisenziya verir.
Bu lisenziyaya Medihis.com və ya Məzmunu alıb-satmağa və kommersiya məqsədilə istifadə etməyə, Medihis.comvə ya Məzmundan törədici işləri dəyişdirmək, məlumatların toplanması üçün robotlar, və ya oxşar məlumatların toplanması və hasilatı alətlərindən istifadə, Medihis.comvə ya istənilən hissəsini reproduksiya etmək,dublikatın, surətin çıxartmaq, icarəyə vermək, kredit kimi vermək, satmaq, paylaşmaq və ya şəbəkə gücündən sui-istifadə etmək daxil olmaqla, lakin bununla məhdudlaşmadan heç bir icazəsiz yolla kommersiya məqsədlərilə istismarı daxil deyil. Siz Medihis.comticarət nişanı, loqo və ya digər məxvi məlumatların ( şəkillər, mətnlər, səhifələr, maket və formalar daxil olmaqla) strukturu və ya struktur texnologiyasından istifadə edə bilməzsiniz. Sizə Medicopin.com-un hər hansı bir adından və ya xidmət nişanlarından istənilən meta yazıları və ya "gizli mətn" kimi istifadə etmək olmaz. Bütün müəllif hüquqları (məzmunun toplanması, elanlar, digər İnternet resurslarına linklər, və bu resursların təsviri daxil olmaqla) və əlaqədar proqram təminatı öz hüquqlarını qanunla qoruyan Medihis.com(və ya Məzmunun müvafiq üçüncü tərəf sahibləri) mənsubdur. Biz (və ya Məzmunun müvafiq üçüncü tərəf sahibləri) burada birmənalı şəkildə təmin edilməyən bütün hüquqları saxlayırıq. İstənilən icazəsiz istifadə Medihis.comtərəfindən verilən icazə və lisenziyanı ləğv edir.
9. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI
Medihis.com digər şəxslər və şirkətlər tərəfindən təklif olunan xidmətlər üçün məsuliyyət daşıya bilməz.
MEDIHIS.COM, ONUN LİSENZİYALI ( O CÜMLƏDƏN VEBSAYT MÜTƏXƏSSİS VƏ PEŞƏKARLARI) SİZİN XİDMƏTDƏN İSTİFADƏ VƏ YA İSTİFADƏ EDƏ BİLMƏMƏNİZDƏN YARANAN HƏR HANSI BİRBAŞA, DOLAYI, ƏLAQƏLİ, CƏRİMƏ YARADAN, XÜSUSİ VƏ YA NƏTİCƏLİ ZƏRƏRƏ GÖRƏ ONLARIN MÜMKÜNLÜYÜ BİLDİRİLSƏ BELƏ VƏ YA XİDMƏT VASİTƏSİLƏ YERLƏŞDİRİLƏN, ÖTÜRÜLƏN VƏ YA DİGƏR ŞƏKİLDƏ MÖVCUD OLAN MƏZMUNUN (MƏHSULUN) İSTİFADƏSİ NƏTİCƏSİNDƏ MƏZMUNUN İSTƏNİLƏN SƏHVİ VƏ YA XATASI VƏ YA İSTƏNİLƏN İTKİ VƏ YA ZƏRƏR DAXİL OLMAQLA LAKİN BUNLARLA MƏHDUDLAŞMADAN XİDMƏTDƏN İSTİFADƏNİZLƏ İSTƏNİLƏN ŞƏKİLDƏ BAĞLI HƏR HANSI DİGƏR İDDİAYA GÖRƏ MƏSULİYYƏT DAŞIMAYACAQ. BƏZİ DÖVLƏT VƏ YA YURİSDİKSİYALAR NƏTİCƏLİ VƏ YA ƏLAQƏLİ ZƏRƏRİN İSTİSNASI VƏ YA MƏHDUDİYYƏTİNƏ İCAZƏ VERMƏDİYİNDƏN MEDIHIS.COMÖHDƏLİYİ BELƏ DÖVLƏT VƏ YA YURİSDİKSİYALARDA QANUNLA YOL VERİLƏN HƏDDƏ QƏDƏR MƏHDUDLAŞDIRILACAQ.
MEDIHIS.COM, ONUN LİSENZİYALI ( O CÜMLƏDƏN VEBSAYT MÜTƏXƏSSİS VƏ PEŞƏKARLARI) VƏ YA VEBSAYTDA ADI ÇƏKİLƏN İSTƏNİLƏN ÜÇÜNCÜ TƏRƏF YALNIZ 1000 ABŞ DOLLARI KEÇMƏMƏK ŞƏRTİLƏ SİZƏ FAKTİKİ DƏYƏN ZİYANA GÖRƏ CAVABDEH OLA BİLƏR.
MEDIHIS.COM, ONUN LİSENZİYALI ( O CÜMLƏDƏN VEBSAYT MÜTƏXƏSSİS VƏ PEŞƏKARLARI) VƏ YA VEBSAYTDA ADI ÇƏKİLƏN İSTƏNİLƏN ÜÇÜNCÜ TƏRƏF VEBSAYTDAN İSTİFADƏ VƏ YA SUİ-İSTİFADƏYƏ GÖRƏ ÖLÜM DA DAXİL OLMAQLA HƏR HANSI BİR ŞƏXSİ ZİYANA GÖRƏ CAVABDEH DEYİL. MEDICIOPIN.COM İSTİFADƏ ZAMANI MEYDANA ÇIXAN HƏR HANSI BİR İDDİA BUNA SƏBƏB OLAN HADİSƏNİN BAŞ VERMƏSİNDƏN 1 İL MÜDDƏTİNDƏ QALDIRILA BİLƏR. SİZ BAŞA DÜŞÜRSÜNÜZ VƏ RAZISINIZ Kİ, VEBSAYDAN İSTTİFADƏ ETMƏK, YARANAN İSTƏNİLƏN İTKİ VƏ ZƏRƏRƏ QARŞI KOLLEKTİV İDDİALARDA İŞTİRAK HAQQINDAN İMTİNA DEMƏKDİR.
ARBITRAJ
BU SAZIŞ ILƏ ƏLAQƏDAR YARANAN HƏR HANSI ŞIKAYƏTI VƏ YA ANLAŞILMAZLIĞI HƏLL ETMƏK ÜÇÜN, VƏ YA POZULMASI, DAYANDIRILMASI, MÜHAFİZƏ, ŞƏRHİ VƏ YA ETİBARLILIĞI, O CÜMLƏDƏN LƏĞV EDİLMƏSİ YA DA Kİ, YARARLILIĞI NYU YORK ŞTATI VƏ ŞƏHƏRİNİN ARBİTORU, AMERİKA ARBİTRAJ ASSOSİASİYASI TƏRƏFİNDƏN İDARƏ OLUNAN QANUNLARI ILƏ, IDARƏ EDILƏCƏKLƏR (HƏMİN QAYDALARIN TEZLƏŞDİRMƏ PROSEDURLARI ƏSASINDA). ARBITRAJIN QƏRARI ƏSASDIR VƏ YURİSDİSİYAYA MALİK İSTƏNİLƏN MƏHKƏMƏYƏ VERİLƏ BİLƏR.
10. İMTİNA/ GERİ QAYTARMA SİYASƏTİ
Biz qrafikimizin səmərəli işləməsi üçün köməyinizi yüksək qiymətləndiririk. Əgər siz görüşdə iştitak edə bilmirsiniz və ya videoya yazılmış tibbi rəy sorğusundan imtina edirsinizsə, zəhmət olmasa, administrasiya ilə əlaqə saxlayın.
Həkimlərimiz məlumatın təhlili üçün sizə kifayət qədər ehtiyat vaxtı ayırırlar və əməkdaşlarımız sizə uyğun qrafikin planlaşdırılmasına və görüş üçün qeydiyyatın aparılmasına böyük səy göstərirlər. Zəhmət olmasa nəzərə alın ki, vaxtsız imtina bizim ofis üçün problemlərə səbəb olur və digər xəstələrin görüş imkanlarını məhdudlaşdırır.
Bundan başqa, bizim xəstələrin vaxtında lazımi tibbi yardım alma imkanlarına zəmanət verməyimizi də təhlükə altında qoyur.
Zəhmət olmasa, aşağıdakı vaxtdan imtina siyəsətinə baxın:
A. VİDEO KONFRANS GÖRÜŞÜ ÜÇÜN
Görüşdən əvvəl sizə nəzakətli xatırlatma elektron məktubları göndəririk. Planlaşdırılmış görüşləri xatırlamanız sizin məsuliyyətinizdir. Xatırlatma elektron məktublarının alınmaması kimi səbəb gətirilməsi halı da buraxılmış və ya imtina edilmiş görüşlər üçün istisna deyil.
İMTİNA VAXTI |
GERİ-QAYTARMA |
Görüş tarixinə bir həftə qalmış |
%100 |
Görüş tarixinə bir həftə və 48 saat arasında qalmış |
% 70 |
Görüş tarixinə 48 saatdan az qalmış (Yalnız dəyişməklə) |
Geri-Qaytarılmır |
B. VİDEOYA YAZILMIŞ RƏY
Əgər həkim artıq işi gözdən keçirib və rəy çıxarıbsa, imtinaya yol verilmir. Əgər imtina tələbi rəy çıxarma prosesi yekunlaşmadığı vaxtda yer alıbsa, 20% xidmət haqqı tutulacaq, 80% xidmət haqqı qaytarılacaq.
C. ELEKTRON TİBBİ ARXİV (MEDIHIS)
Medihis xidmət haqqı geri-qaytarılmır. Medihis istifadəçiləri öz hesablarını istənilən zaman ləğv edə bilərlər.
11. VAXTIN DƏYİŞDİRİLMƏSİ
Sizə eyni həkimlə görüş vaxtının dəyişdirilməsinə yalnız iki dəfə görüş tarixinə 48 saat qalmış icazə veriləcək. Medihis.comilə əlaqəsi olan həkimlərin hər zaman görüş vaxtını dəyişdirmək haqqları var. Medihis.comhəkim tərəfindən edilən istənilən dəyişiklikliyi lütf edir.