Tibbi tarixçəniz artıq daha əlçatandır!


Medihisin bənzərsiz funksiyaları ilə tibbi tarixçəniz, test və görüntüləmələriniz 7/24 əlinizin altında

MEDİHİS NƏDİR?


Təhlükəsiz, interaktiv və hər an yanınızda olan tibbi arxiviniz...


Medihis üzvlərinin mövcud laboratoriya testlərini, görüntüləmələrini (rentgen, tomoqrafiya, endoskopiya, ultrasəs və s.), tibbi tarixçəsinə dair ətraflı məlumatları (mühüm xəstəliklər, allergiyalar, istifadə edilən dərmanlar, genetik tarixçə və s.) mütəşəkkil bir şəkildə dünyanın hər yerindən, hər an əlçatan etmək üçün yüksək təhlükəsizlik standartları ilə hazırlanmış bir tibbi məlumat mərkəzi xidmətidir.


"Medihis tibbi məlumatların istinad dəyərlərlə və/və ya birbirləri ilə müqayisə edilərək aydın qrafiklərlə izlənməsinə imkan verir. Bu funksiyası ilə Medihis, mümkün ciddi sağlamlıq problemlərini əvvəlcədən xəbərdar etməklə qalmır, eyni zamanda müalicə prosesinin izlənməsini də asanlaşdırır.


Üzvlərimizin sistemdə mövcud olan tibbi məlumatları, dünyanın hər hansı bir yerində və hər hansı bir zamanda başverə biləcək fövqəladə hallarda müdaxilə edəcək həkimlərin ehtiyacı olan, həyati əhəmiyyət daşıyan hər cür tibbi məlumatı özündə ehtiva edir.

Təhlükəsiz, İnteraktiv Və Hər An Yanınızda Olan Tibbi Arxiviniz; Medihis Həyatınızı Xilas Edir.

NECƏ İŞLƏYİR?

Medihisin təqdim etdiyi bənzərsiz xidmətlərdən dərhal istifadə etməyə başlayın. Bunun üçün aşağıda qeyd edilənləri yerinə yetirməniz kifayətdir:

QEYDİYYATDAN KEÇİN

Tibbi arxivinizi yaratmaq üçün dərhal üzv olun!

PLAN SEÇİN

Sizə uyğun ödəniş planını seçin

FORMANI DOLDURUN

Formalarda sağlamlığınızla əlaqəli mühüm məlumatları diqqətlə doldurun.

YENİ SƏNƏD ƏLAVƏ EDİN

"Yeni Sənəd Əlavə Et" düyməsi ilə sənədlərinizi sistemə daxil etməyə başlaya bilərsiniz.

KATEQORİYALARA AYIRIN

Arxivinizi illər sonra belə istifadə edəcəyinizi unutmayın. Açıqlama hissələrini xatırlamanızı asanlaşdıracaq şəkildə doldurun və sənədlərinizi özünüzə uyğun kateqoriyalara görə yaddaşda saxlayın.

HƏKİMİNİZLƏ PAYLAŞIN

Ehtiyac olduğunda sənədlərinizi e-poçt vasitəsilə həkiminizlə paylaşa bilərsiniz.

Faydaları nələrdir?

Medihisin üstünlükləri və sağlamlığınız üçün müsbət təsirlərini aşağıda ətraflı görə bilərsiniz;
Təcili tibbi müdaxilələrin effektivliyini artırır;
Təcili tibbi müdaxilə edəcək personalin şəxsin tibbi tarixçəsinə dair düzgün və ətraflı məlumatı olması müdaxilənin risklərini azaldır və effektivliyini artırır.
Qrafik və cədvəllərlə sağlamlığın izlənməsini asanlaşdırır.
Tibbi trayektoriya göstəricilərin vaxt və dəyər komponentli qrafiklərlə izlənməsi vasitəsilə yaranır. Qeyd sıxlığı artdıqca daha da əhəmiyyət kəsb edən bu əyri sayəsində xəstənin keçirdiyi prosesi bir baxışda görmək mümkündür.
Məlumatın sürətli və təhlükəsiz ötürülməsini təmin edir.
Medihis ehtiyac olduqda xəstələrin məlumatlarını sürətli şəkildəpaylaşmalarını təmin edir. Üzvlərimiz tibbi tarixçələrini yüksək təhlükəsizlik standartlarında saxlaya bilər və ehtiyac yarandıqda həkimlər ilə paylaşa bilərlər.
Xronik xəstəliklərin effektiv şəkildə izlənməsini təmin edir.
Bir və ya daha çox xronik xəstəliyi olanlar blankları və labaratoriya test nəticələrini mütəmadi olaraq yeniləyərək sağlamlıqlarındakı dəyişiklikləri və müalicə müddətini effektiv şəkildə izləyə bilərlər.
Ailə sağlamlığını nəzarətdə saxlamağa kömək edir.
Ailə üzvlərinin - uşaqlar, ailə böyükləri, həyat yoldaşı və s. - sağlamlığını nəzarətdə saxlamaq istəyənlər üçün bütün məlumatların izlənməsi çətinlik yarada bilər. Medihis üzvlərinin belə önəmli öhdəliklərini yerinə yetirməsini asanlaşdırır.
Uşaqların inkişafının mütəmadi izlənməsinə imkan verir.
Medihis balaca üzvlərinin inkişafını (boy, çəki, baş çevrəsi) qrafiklər halında izləməyə və ortalama dəyərlərlə müqayisəli şəkildə qarşılaşdırmağa imkan verir. Bununla birlikdə, peyvənd kitabçası da yarada biləcəyiniz bu onlayn platforma sayəsində daimi və əlçatan bir tibbi arxiv hədiyyə edə bilərsiniz.

Kimlər yararlana bilər?

Müxtəlif səhiyyə təşkilatlarından tibbi xidmət alanlar;
Mövcud tibbi məlumatlarını nizama salmaqda çətinlik çəkənlər;
Tez-tez səyahət edənlər;
Davamlı izlənmə tələb edən xroniki xəstəliyi olanlar;
Bütün test nəticələri və görüntüləmələrini arxivləmək, nəticələri müqayisəli qrafiklərlə görmək istəyənlər;
Çox sayda insanın (uşaqlar, ailə böyükləri, həyat yoldaşı və s.) tibbi məlumatlarını izləməli olanlar.

Korporativ Üzvlük



Üzvləriniz və işçiləriniz bütün tibbi xidmətlərimizdən sizin üçün xüsusi güzəştlərlə yararlanmasına imkan verərək,

Onları yeni və bənzərsiz bir sağlamlıq xidməti ilə tanış edərək sağlam gələcəklərinə verdiyiniz önəmi göstərə bilər,

Qurumunuza sədaqətlərini artıra bilərsiniz.

Satış və marketinqdə əhəmiyyətli üstünlük qazana bilərsiniz

Səhiyyə xərclərinizdə mühüm qənaət edə bilərsiniz.

Korporativ üzvlük haqqında ətraflı məlumat almaq üçün klikləyin


Korporativ Üzvlərimizdən Bəziləri

Türk Parlementer Birliği

Oxygen Sports Club
Medihis Tətbiqetmələri

App Store ve Google Play-də sizlərlə

Əlaqə üçün

Ünvan

530 East 76 St.
New York, 10021, USA
info@medihis.com
Paylaş

Əlaqə üçün forma