Medihisin bənzərsiz funksiyaları ilə tibbi tarixçəniz, test və görüntüləmələriniz 7/24 əlinizin altında
Medihis üzvlərinin mövcud laboratoriya testlərini, görüntüləmələrini (rentgen, tomoqrafiya, endoskopiya, ultrasəs və s.), tibbi tarixçəsinə dair ətraflı məlumatları (mühüm xəstəliklər, allergiyalar, istifadə edilən dərmanlar, genetik tarixçə və s.) mütəşəkkil bir şəkildə dünyanın hər yerindən, hər an əlçatan etmək üçün yüksək təhlükəsizlik standartları ilə hazırlanmış bir tibbi məlumat mərkəzi xidmətidir.
"Medihis tibbi məlumatların istinad dəyərlərlə və/və ya birbirləri ilə müqayisə edilərək aydın qrafiklərlə izlənməsinə imkan verir. Bu funksiyası ilə Medihis, mümkün ciddi sağlamlıq problemlərini əvvəlcədən xəbərdar etməklə qalmır, eyni zamanda müalicə prosesinin izlənməsini də asanlaşdırır.
Üzvlərimizin sistemdə mövcud olan tibbi məlumatları, dünyanın hər hansı bir yerində və hər hansı bir zamanda başverə biləcək fövqəladə hallarda müdaxilə edəcək həkimlərin ehtiyacı olan, həyati əhəmiyyət daşıyan hər cür tibbi məlumatı özündə ehtiva edir.
Medicopin.com Amerika Federal Qanunları ilə müəyyən edilən HIPAA qaydaları çərçivəsində yüksək məxfilik və təhlükəsizlik standartlarına cavab verir.
HIPAA qaydalarına uyğun, şifrlənmiş, etibarlı serverlər
Yükləmələr üçün şifrlənmiş SSLVNP tuneli
Şifrlənmiş e-poçt xidməti
Medihis fərqli ölkələrdə edilmiş laboratoriya testlərinizi uyğunlaşdıra və fərqli dillərə tərcümə edə bilir. Eyni zamada təcili məlumatları və əsas qovluq adlarını fərqli dillərə avtomatik tərcümə edərək tez-tez səyahət edən insanlar üçün rahatlıq yaradır.
Dərhal üzv olun
Medihis bənzərsiz proqram təminatı sayəsində sağlamlığınızla əlaqəli bütün sənədləri saxlamaqla bərabər, qarşılaşdırma funksiyası ilə erkən diaqnoz və qoruyucu həkimlik xidmətlərindən aktiv olaraq faydalanmanıza imkan verir. Qarşılaşdırılmış cədvəl və qrafiklər vasitəsilə laboratoriya teslərinizdəki dəyişiklikləri izləyə bilər, test nəticələrinizin sizin üçün xüsusi təyin edilmiş referans dəyərlərə görə vəziyyətini görə bilər, fərqli test nəticələrini birbirilə qarşılaşdıra bilərsiniz.
Medihisin istifadəçi dostu proqram təminatı sayəsində sağlamlığınızla əlaqəli hərcür məlumatı istədiyiniz həkimlərlə sürətli şəkildə paylaşa bilərsiniz. Həkiminiz həm köhnə, həm də yeni tibbi məlumatlarınızı görə bildiyindən daha asan müqayisə edə biləcək və nəticədə sağlamlıq vəziyyətinizi daha yaxşı qiymətləndirə biləcək.
Medihisin çox ekran funksiyası sayəsində eyni ekran üzərində birdən çox sənəd aça bilər və bununla da, tibbi məlumatları daha yaxşı və rahat nəzərdən keçirə bilərsiniz. Həkiminiz görüntüləmələr üzərində istədiyi dəyişiklik və hesablamalası asanlıqla və sürətli şəkildə edə bilər.
Medihis tamamilə şəxsi ehtiyaclarınıza görə yarada biləcəyiniz bənzərsiz birqovluq yaratma sistemi təqdim etməkdədir. Medihis tibbi sənədlərinizi sadəcə qovluq növlərinə görə deyil, eyni zamanda şəxsi ehtiyaclarınıza görə alt bölmələr şəklində təşkil etməyinizə imkan yaradır. Bununla, öz seçdiyiniz üsulla saxladığınız sənədləri ehtiyacınız olduğunda daha asanlıqla tapa bilərsiniz. Medihisin axtarış mühərriki də bu işdə sizə kömək edəcəkdir.
Özünüz və övladınız üçün detallı bir medikal arxiv yaradaraq övladınıza çox dəyərli bir miras buraxa bilərsiniz. Bu arxiv ailənizdəki balacalara genetik riskləri analiz etmək fürsəti verdiyindən erkən diqnoz və erkən müdaxilə imkanlarına sahib olacaqlar. Bundan başqa körpəniz üçün yaratdığınız tibbi arxiv sayəsində onun tibbi peyvənd tarixçəsi və inkişafını izləyə bilər, onun sağlamlığı ilə bağlı önəmli məlumatların unudulması və ya itməsi riskini aradan qaldıra bilərsiniz.
Onları yeni və bənzərsiz bir sağlamlıq xidməti ilə tanış edərək sağlam gələcəklərinə verdiyiniz önəmi göstərə bilər,
Qurumunuza sədaqətlərini artıra bilərsiniz.
Satış və marketinqdə əhəmiyyətli üstünlük qazana bilərsiniz
Səhiyyə xərclərinizdə mühüm qənaət edə bilərsiniz.
Korporativ üzvlük haqqında ətraflı məlumat almaq üçün klikləyin
App Store ve Google Play-də sizlərlə